Bakıda 16 yaşlının qətl törətməsi faktı ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB

Bakıda törədilən qətllə bağlı cinayət işi başlanılıb.
Bu barədə 1news.az-a Suraxanı rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, oktyabrın 11-də Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində 1982-ci il təvəllüdlü Ayxan Mustafayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarət yetirərək Ayxan Mustafayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
V.Ş (şərti) rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir
10:26
Bakıda qətl törədilib.
1news.az-ın "Report"-ın xəbərinə görə, oktyabrın 11-i saat 16 radələrində Əmircan qəsəbəsi İ.Şükürov küçəsi ev 6-da yaşayan 1982-ci il təvəllüdlü Ayxan Fəxrəddin oğlu Mustafayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
Onun həyatını xilas etmək mümkün olmayıb və xəstəxanada ölüb.
Polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə hadisəni onun evinin qarşısında törətməkdə şübhəli bilinən qəsəbə sakini - 2009-cu il təvəllüdlü Rasif Rəfail oğlu Xəlilov tutulub.
Faktla bağlı Suraxanı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.