Gəncədə topdansatış mağazasında 200-dən çox saxta alkoqollu içki aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə topdansatış mağazasında 200-dən çox saxta alkoqollu içki aşkarlanıb

10:39 - Bu gün
Gəncədə topdansatış mağazasında 200-dən çox saxta alkoqollu içki aşkarlanıb

Gəncədə fəaliyyət göstərən topdansatış mağazasında 210 ədəd saxta alkoqollu içki aşkarlanıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, baxış zamanı satış sahəsində aşkar saxtalaşdırma əlamətləri olan "Organic Росинка" əmtəə nişanlı 98 ədəd 0.7 litrlik, 112 ədəd 0.5 litrlik alkoqollu içki aşkarlanıb.

Belə ki, içkilərin başlıq hissəsinin təkrar bərkidildiyi, istehsal tarixləri və istehsalçı barədə məlumatların qeyd olunmadığı, saxta VÖEN göstərildiyi, müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı sahibkar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər