Astarada iki balıqçı dənizdə itkin düşüb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Astarada iki balıqçı dənizdə itkin düşüb - YENİLƏNİB

Qafar Ağayev12:12 - Bu gün
Astarada iki balıqçı dənizdə itkin düşüb - YENİLƏNİB

Astarada dənizdə itkin düşən balıqçıların kimliyi məlum olub.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, itkin düşən 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun qohum olduqları bildirilir.

10:57

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Astara rayonu ərazisində Xəzər dənizində 2 nəfərin itkin düşməsi barədə ilkin məlumat daxil olub.

1news.az xəbər verir ki, bu barədə bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:
119

Son xəbərlər

Bütün xəbərlər