Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yeni elektron xidmətlər istifadəyə verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yeni elektron xidmətlər istifadəyə verilib

Qafar Ağayev16:46 - Bu gün
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yeni elektron xidmətlər istifadəyə verilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlaklara dair əvvəllər yaranmış mülkiyyət və istifadə hüquqlarının dövlət qeydiyyatına dair elektron xidmətlər istifadəyə verilib.

Qurumdan 1news.az-a verilən məlumata görə, yeni elektron xidmətlər 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında əvvəllər yaranmış mülkiyyət və istifadə hüquqlarının dövlət qeydiyyatına alınmasını onlayn rejimdə, vaxt və məkan məhdudiyyəti olmadan həyata keçirməyə imkan verir.

Elektron xidmət vasitəsilə istifadəçilər müvafiq sənədləri elektron formada təqdim edə, müraciətlərinin icra vəziyyətini real vaxt rejimində izləyə və qeydiyyat nəticəsində formalaşdırılan çıxarış və texniki sənədləri elektron qaydada əldə edə bilərlər.

Bu yenilik daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, rəqəmsal hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsinə və vətəndaş məmnunluğunun artırılmasına yönəlib.

“Müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması xidməti” və “Müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar və şəhadətnamələr əsasında istifadə hüququnun dövlət qeydiyyatına alınması xidməti” İqtisadiyyat Nazirliyinin “e-services.economy.gov.az” internet informasiya sistemi üzərindən istifadəyə açıqdır və normativ-hüquqi tələblərə tam uyğun şəkildə fəaliyyət göstərir.

Qeyd edək ki, adıçəkilən elektron xidmətlərin istifadəsinə dair təlimatla “e-services.economy.gov.az” linki vasitəsilə tanış olmaq olar.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər