İrandan Azərbaycana indiyədək 2853 vətəndaşı təxliyə edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan Azərbaycana indiyədək 2853 vətəndaşı təxliyə edilib - FOTO

11:48 - Bu gün
İrandan Azərbaycana indiyədək 2853 vətəndaşı təxliyə edilib - FOTO

Fevralın 28-i saat 08:00-dan martın 20-si saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 2853 nəfər təxliyə edilib.

1news.az APA-ya istinadən xəbər verir ki, təxliyə olunanların 470-i Azərbaycan vətəndaşıdır.

Bundan başqa, 720 Çin, 323 Rusiya, 195 Banqladeş, 184 Tacikistan, 148 Pakistan, 122 Hindistan, 72 Oman, 68 İndoneziya, 49 İran, 44 İtaliya, 28 Əlcazair, 26 İspaniya, 23 Almaniya, 20 Kanada, 19 Fransa, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Gürcüstan, 14 Özbəkistan, 13 Polşa, 13 İsveç, 13 Nigeriya, 12 Macarıstan, 12 Bəhreyn, 11 Qazaxıstan, 11 Meksika, 10 Böyük Britaniya, 10 Belarus, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 10 Braziliya, 9 ABŞ, 2 Sudan, 6 BƏƏ, 6 Slovakiya, 6 Belçika, 6 Rumıniya.

Bundan başqa təxliyə edilənlər arasında Serbiya, Çexiya, İsveç, Əfqanistan, Avstraliya, Avstriya, Yunanıstanın hərəsinin 5, İordaniya, Filippin, Türkiyə, Ukrayna, Şri-lanka, Küveyt, Finlandiya, Niderlandın hərəsinin 4, Qətər, Xorvatiya, Danimarka, Norveçin hərəsinin 3, Nepal, Livan, Yəmən, Qırğızıstan, Kipr, Sloveniyanın hərəsinin 2 vətəndaşı var.

İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Myanma, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Beliz və Dominikanın hərəsinin 1 vətəndaşı təxliyə olunub.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər