Bak-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə səfərlər hər şənbə və bazar təşkil olunacaq - CƏDVƏL | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bak-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə səfərlər hər şənbə və bazar təşkil olunacaq - CƏDVƏL

Qafar Ağayev14:18 - Bu gün
Bak-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə səfərlər hər şənbə və bazar təşkil olunacaq - CƏDVƏL

Dəmir yolları tətil və məzuniyyətlər mövsümü yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək. Artıq Bak-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə səfərlər 13 iyundan başlayaraq 31 avqusta qədər hər şənbə və bazar təşkil olunacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-dən 1news.az-a verilən məlumata görə, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər