İsrail İranda daha bir neft-kimya obyektinə zərbə endirildiyini təsdiqləyib | 1news.az | Xəbərlər
Dünya

İsrail İranda daha bir neft-kimya obyektinə zərbə endirildiyini təsdiqləyib

Qafar Ağayev11:55 - Bu gün
İsrail İranda daha bir neft-kimya obyektinə zərbə endirildiyini təsdiqləyib

İsrail Müdafiə Qüvvələri (IDF) İranda daha bir neft-kimya obyektinə zərbə endirildiyini təsdiqləyib.

1news.az xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

IDF-in açıqlamasına görə, hədəf alınan müəssisə ballistik raketlərin istehsalında istifadə olunan materialların hazırlandığı, hələ də fəaliyyət göstərən azsaylı obyektlərdən biri olub.

Bildirilib ki, Şiraz şəhəri yaxınlığında yerləşən həmin obyekt İran silahlı qüvvələri üçün partlayıcı maddələrin hazırlanmasında və ballistik raket proqramında istifadə edilən əlavə komponentlərin istehsalında mühüm rol oynayıb. Xüsusilə, burada azot turşusunun istehsalı həyata keçirilib.

Məlumata əsasən, İsrail Hərbi Hava Qüvvələri eyni zamanda İranın şimal-qərbində yerləşən ballistik raket qüvvələrinə aid başqa bir obyekti də hədəfə alıb. Qeyd olunub ki, həmin ərazidən İsrail istiqamətində onlarla raket buraxılıb.

IDF bəyan edib ki, zərbə raket bölməsinin hərbçilərinin və komandirlərinin İsrailə və digər ölkələrə qarşı hücum planları hazırladığı və icra etdiyi anda endirilib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb, zərbələr əsasən böyük şəhərlərə, o cümlədən Tehrana endirilib. Ağ Ev bu addımı raket və nüvə təhdidləri ilə əsaslandırıb. Hücumlar nəticəsində İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslərin həlak olduğu bildirilir.

İran isə cavab olaraq İsrailə qarşı genişmiqyaslı əməliyyatlara başladığını açıqlayıb və regiondakı ABŞ obyektlərini raket və PUA-larla hədəfə alır.

Münaqişə regionun enerji infrastrukturu və dəniz nəqliyyatına ciddi risk yaradıb. Hörmüz boğazı ətrafında gərginlik neft qiymətlərini artırıb, İran isə boğaza nəzarəti gücləndirib.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər