İran rəsmisi: Hörmüz boğazından gündə maksimum 15 gəminin keçidinə icazə veriləcək | 1news.az | Xəbərlər
Dünya

İran rəsmisi: Hörmüz boğazından gündə maksimum 15 gəminin keçidinə icazə veriləcək

Oksana Orucova17:19 - Bu gün
İran rəsmisi: Hörmüz boğazından gündə maksimum 15 gəminin keçidinə icazə veriləcək

İranın yüksək vəzifəli rəsmisi bildirib ki, ABŞ ilə əldə olunan atəşkəs razılaşması çərçivəsində Hörmüz boğazından gündə ən çox 15 gəminin keçidinə icazə veriləcək.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın TASS agentliyinə açıqlama verən mənbə qeyd edib ki, bu qərar İranla ABŞ arasında əldə olunmuş razılaşmanın tərkib hissəsidir.

Xatırladaq ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı hava hücumlarına başlamasından sonra regionda gərginlik artmış, İran isə Hörmüz boğazını gəmi hərəkəti üçün bağladığını elan etmişdi.

Qeyd edək ki, qlobal neft daşımalarının təxminən beşdə biri, eləcə də gübrə və mayeləşdirilmiş təbii qaz (LNG) kimi bir çox strateji məhsulların daşınması məhz bu boğaz vasitəsilə həyata keçirilir.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər