Türkiyədə zəlzələ oldu | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə zəlzələ oldu

Oksana Orucova17:09 - Bu gün
Türkiyədə zəlzələ oldu

Bursa yaxınlığında 3,9 bal gücündə sarsıntı qeydə alınıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Son məlumata əsasən, 14 aprel 2026-cı il tarixində yerli saatla 16:42-də Mərmərə dənizində, Bursa vilayətinin Karacabey rayonu sahillərində 3,9 bal gücündə zəlzələ baş verib. Kandilli Rəsədxanası isə həmin zəlzələnin gücünü 3,8 bal olaraq açıqlayıb.

Gün ərzində qeydə alınan digər zəlzələlərdən biri yerli saatla 09:59-da Aralıq dənizində 4,0 bal gücündə olub. Həmçinin səhər yerli saatla 09:20-də Mərmərə dənizində, Tekirdağın Süleymanpaşa rayonu yaxınlığında 2,2 bal gücündə daha bir zəlzələ qeydə alınıb.

Mütəxəssislər bildirirlər ki, zəlzələ qurşağında yerləşən Türkiyədə bu cür yeraltı təkanlar mütəmadi olaraq baş verir.

Paylaş:
139

Son xəbərlər

Bütün xəbərlər