Miqrant qayığı batdı, 250 nəfər itkin düşdü | 1news.az | Xəbərlər
Dünya

Miqrant qayığı batdı, 250 nəfər itkin düşdü

Oksana Orucova13:32 - Bu gün
Miqrant qayığı batdı, 250 nəfər itkin düşdü

UNHCR-in Banqladeş üzrə ofisi Andaman dənizində miqrantları daşıyan qayığın batması nəticəsində 250 nəfərin itkin düşdüyünü açıqlayıb.

1news.az xəbər verir ki, qurumun X sosial media platformasında yaydığı məlumata görə, Arakanlı müsəlmanlar (Rohinca) və Banqladeş vətəndaşlarını daşıyan qayıq güclü külək, dalğalı dəniz və həddindən artıq yüklənmə səbəbindən alabora olub.

Açıqlamada bildirilib ki, qayığın göyərtəsində qadın və uşaqlar da daxil olmaqla ümumilikdə 250 nəfər olub və onların hamısı dənizdə itkin düşüb.

Qeyd olunub ki, bu hadisə Arakanlı müsəlmanların üzləşdiyi ağır humanitar vəziyyəti bir daha diqqətə çatdırır. Eyni zamanda, Banqladeşdə yaşayan Arakanlı qaçqınlara göstərilən humanitar yardımların davam etdirilməsinin vacibliyi vurğulanıb.

Paylaş:
108

Son xəbərlər

Bütün xəbərlər