Dubayın simvolu Bürc əl-Ərəb bağlanır | 1news.az | Xəbərlər
Dünya

Dubayın simvolu Bürc əl-Ərəb bağlanır

17:51 - Bu gün
Dubayın simvolu Bürc əl-Ərəb bağlanır

İranın cavab hücumlarının hədəfi olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində yerləşən Bürc əl-Ərəb otelinin genişmiqyaslı bərpa layihəsi çərçivəsində 18 ay müddətinə bağlanacağı bildirilib.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "The National" nəşrinə danışan otel nümayəndələri ölkənin simvol tikililərindən biri hesab olunan Bürc əl-Ərəbdə geniş yenidənqurma işlərinin aparılacağını açıqlayıblar.

Dubayda yerləşən və 18 ay müddətinə bağlanacaq Bürc əl-Ərəb oteli 25 ildən artıqdır ki, şəhərin siluetinin əsas simvollarından biri sayılır.

Restavrasiya çərçivəsində otelin interyerinin yenilənməsi planlaşdırılır, lakin tikilinin orijinal kimliyinin qorunması əsas məqsəd kimi göstərilir.

1999-cu ildə açılan və yelkən formasındakı memarlığı ilə şəhərin rəmzinə çevrilən Bürc əl-Ərəb beynəlxalq turizm sektorunda Dubayın ən tanınmış obyektlərindən biri hesab olunur.

Dubay Hökumətinin Media Ofisi martın 1-də yaydığı açıqlamada bildirmişdi ki, şəhər hakimiyyəti tərəfindən bir pilotsuz uçuş aparatı zərərsizləşdirilib və ondan düşən hissələr otelin xarici fasadında kiçikmiqyaslı yanğına səbəb olub.

Paylaş:
137

Son xəbərlər

Bütün xəbərlər