ABŞ-də 3 evə silahlı hücum: 8 uşaq həyatını itirdi | 1news.az | Xəbərlər
Dünya

ABŞ-də 3 evə silahlı hücum: 8 uşaq həyatını itirdi

Oksana Orucova09:50 - Bu gün
ABŞ-də 3 evə silahlı hücum: 8 uşaq həyatını itirdi

ABŞ-nin Luiziana ştatının Şrivport şəhərində 3 evə silahlı hücum edilib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, yaşları 1–14 arasında olan 10 uşaq güllələnib, onlardan 8-i ölüb.

Polisin məlumatına görə, səhər saatlarında ailədaxili zorakılıq çağırışı ilə hadisə yerinə gələn əməkdaşlar geniş cinayət səhnəsi ilə qarşılaşıblar.

Hücumçu qaçarkən avtomobil qəsb edib, lakin polis təqibi zamanı baş verən atışmada zərərsizləşdirilib. Uşaqların bir hissəsinin hücumçunun nəvələri olduğu bildirilir.

Hadisənin səbəbi hələ məlum deyil, araşdırma davam edir.

Paylaş:
101

Son xəbərlər

Bütün xəbərlər