Atəşkəs pozuldu: Hizbullah İsrail ordusuna hücum etdiyini açıqladı | 1news.az | Xəbərlər
Dünya

Atəşkəs pozuldu: Hizbullah İsrail ordusuna hücum etdiyini açıqladı

Oksana Orucova10:41 - Bu gün
Atəşkəs pozuldu: Hizbullah İsrail ordusuna hücum etdiyini açıqladı

Hizbullah, İsrail ordusunun atəşkəsi pozduğunu bildirərək Livanın cənubunda İsrail hərbi konvoyunu hədəfə aldığını açıqlayıb.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, Taybe istiqamətindən Deyr Siryanın Sala bölgəsinə irəliləyən 8 zirehli texnikadan ibarət konvoy əvvəlcədən yerləşdirilmiş partlayıcı ilə vurulub.

Hücumun iki mərhələdə həyata keçirildiyi və 4 “Merkava” tankının məhv edildiyi iddia olunur.

İsrail ordusu bu iddialara hələlik münasibət bildirməyib.

Xatırladaq ki, tərəflər arasında 10 günlük müvəqqəti atəşkəs aprelin 17-də qüvvəyə minib.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər