İranda “İsrailə casusluq” ittihamı ilə bir nəfər edam edildi | 1news.az | Xəbərlər
Dünya

İranda “İsrailə casusluq” ittihamı ilə bir nəfər edam edildi

Oksana Orucova10:35 - Bu gün
İranda “İsrailə casusluq” ittihamı ilə bir nəfər edam edildi

İranda İsrail kəşfiyyat xidməti Mossad adına casusluq etdiyi iddiası ilə ölüm cəzasına məhkum edilən bir şəxsin hökmünün icra olunduğu bildirilib.

1news.az xəbər verir ki, İran məhkəmə sisteminə bağlı Mizan Xəbər Agentliyinin yaydığı məlumata görə, Mossad üçün casusluq etməkdə təqsirli bilinən və edam cəzası İran Ali Məhkəməsi tərəfindən təsdiqlənən Ferid Mehdi adlı məhkumun cəzası icra edilib.

Məlumata əsasən, Mehdi İranda Passiv Müdafiə Komitəsində yüksək vəzifədə çalışdığı dövrdə sosial media vasitəsilə Mossad ilə əlaqə yaradaraq, işlədiyi quruma aid bütün həssas məlumatları İsrailə ötürməkdə ittiham olunurdu.

Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Paylaş:
115

Son xəbərlər

Bütün xəbərlər