Ermənistanda Türkiyə bayrağı yandırıldı, Paşinyan “təxribatçı” adlandırdı
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən yürüş zamanı Türkiyə bayrağının yandırılması hadisəsini pisləyib.
1news.az xəbər verir ki, Paşinyan bu hərəkəti “təxribatçı, məsuliyyətsiz və qəbuledilməz” adlandırıb.
Ermənistan baş nazirinin sözçüsü Nazeli Bağdasaryan bildirib ki, Paşinyan İrəvanda baş verən hadisəni “gərginliyi artıran açıq təxribat” kimi qiymətləndirib.
Açıqlamada qeyd olunub ki, Paşinyan beynəlxalq səviyyədə tanınmış bir dövlətin, xüsusilə də qonşu ölkənin bayrağının yandırılmasını yolverilməz hesab edir və bu addımı qəti şəkildə pisləyir.
Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanda keçirilən məşəl yürüşü zamanı provokatorlar Türkiyə bayrağını yandırıblar.
97












