Türkiyədə sosial mediada yaş məhdudiyyəti necə tətbiq olunacaq? | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə sosial mediada yaş məhdudiyyəti necə tətbiq olunacaq?

Oksana Orucova16:50 - Bu gün
Türkiyədə sosial mediada yaş məhdudiyyəti necə tətbiq olunacaq?

Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında sosial media istifadəsi və doğum məzuniyyətləri ilə bağlı dəyişiklikləri nəzərdə tutan qanun layihəsi qəbul edilərək qüvvəyə minib.


1news.az xarici mediaya istinadən xəbər verir ki, yeni qaydalara əsasən, 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdə qeydiyyatdan keçməsi məhdudlaşdırılacaq. Sosial media platformaları üçün yaşın təsdiqlənməsi sistemi qurmaq məcburi olacaq. Bundan əlavə, platformalar valideyn nəzarəti alətləri təqdim etməli və zərərli məzmunlara ən gec bir saat ərzində müdaxilə etməlidirlər.


Rəqəmsal mühitdə uşaqların qorunması məqsədilə oyun təminatçıları da yaş kateqoriyalarına uyğun qiymətləndirmə aparmaq öhdəliyi daşıyacaq. Gündəlik istifadəçi sayı 100 mini keçən oyun yayımçıları Türkiyədə rəsmi nümayəndə təyin etməlidirlər.


Qanun doğum məzuniyyətləri ilə bağlı da yeniliklər nəzərdə tutur. Ödənişli doğum məzuniyyəti 16 həftədən 24 həftəyə artırılıb, atalıq məzuniyyəti isə 5 gündən 10 günə yüksəldilib. Qadın əməkdaşlar istək və həkim təsdiqi olduğu halda doğuma iki həftə qalana qədər işləyə biləcəklər.


Eyni zamanda, müəyyən cinayətlərə görə məhkum olunmuş şəxslərin uşaqların sıx olduğu iş yerlərində çalışmasına qadağa qoyulub.


Qanun “Rəsmi Qəzet”də dərc olunduqdan sonra qüvvəyə minəcək.

Paylaş:
104

Son xəbərlər

Bütün xəbərlər