"Evlərinizi tərk edin"
İsrail Livanın bəzi yaşayış məntəqələrinə hücum edəcəyi ilə bağlı xəbərdarlıq edərək, həmin ərazilərdə yaşayan sakinləri evlərini tərk etməyə çağırıb.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-nin vasitəçiliyi ilə aparılan atəşkəs təşəbbüsünün nəticəsiz qalmasından sonra İsrail tərəfi Livanın müəyyən bölgələrinə mümkün zərbələr endiriləcəyi barədə xəbərdarlıq yayıb. Bununla əlaqədar olaraq, sözügedən ərazilərdə yaşayan əhaliyə təhlükəsizlik məqsədilə evlərini tərk etmələri tövsiyə olunub.
Hazırda bölgədə vəziyyət gərgin olaraq qalır. Tərəflər arasında qarşıdurmanın yenidən genişlənə biləcəyi ilə bağlı narahatlıqlar artıb.
Hadisələrin inkişafı diqqətlə izlənilir.
68












