Zaur Həşimov "Şəfa"nın yeni baş məşqçisi olub
"Şəfa" klubunun yeni baş məşqçisi müəyyənləşib.
1news.az report-a istinadən xəbər verir ki, bu posta Zaur Həşimov təyin olunub.
44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Z.Həşimov "Şəfa" klubuna yad sima deyil. O, futbolçu kimi komandanın formasını geyinib və 2000/2001 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.
Zaur Həşimov "Qəbələ" və "Zirə" klublarında məşqçi kimi çalışıb. Eyni zamanda Bakı klubunun baş məşqçisi vəzifəsində fəaliyyət göstərib. O, həmçinin Azərbaycanın U-18 milli komandasına rəhbərlik edib.
55











