Cənubi Sudanda sərnişin təyyarəsi qəzaya uğrayıb: 14 nəfər həyatını itirib | 1news.az | Xəbərlər
Dünya

Cənubi Sudanda sərnişin təyyarəsi qəzaya uğrayıb: 14 nəfər həyatını itirib

Oksana Orucova11:55 - Bu gün
Cənubi Sudanda sərnişin təyyarəsi qəzaya uğrayıb: 14 nəfər həyatını itirib

Cənubi Sudanda sərnişin təyyarəsi qəzaya uğrayıb və nəticədə çoxsaylı insan tələfatı qeydə alınıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin paytaxtı Cuba yaxınlığında baş verib.

Cənubi Sudan Mülki Aviasiya İdarəsi tərəfindən verilən məlumata görə, “Cessna” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 13 sərnişin və pilot həyatını itirib.

İlkin ehtimallara əsasən, hadisənin baş verməsinə səbəb kimi görmə məsafəsini məhdudlaşdıran əlverişsiz hava şəraiti göstərilir. Bildirilir ki, sərnişinlərdən ikisi Keniya vətəndaşı, digərləri isə Cənubi Sudan vətəndaşları olub.

Hadisə yerinə dərhal araşdırma və xilasetmə qrupları göndərilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə təyyarənin qalıqlarının alov içində olduğu görünür. Kadrlarda qəzanın baş verdiyi ərazinin dağlıq və dumanlı relyefdə yerləşməsi diqqət çəkir.

Paylaş:
95

Son xəbərlər

Bütün xəbərlər