Kruiz gəmisində norovirus həyəcanı: 1700-dən çox şəxs karantinə alındı
Fransanın Bordo limanında lövbər salmış Ambassador Kruiz Layn şirkətinə məxsus “Ambition” adlı kruiz gəmisində norovirus şübhəsi səbəbilə 1700-dən çox sərnişin karantinə alınıb.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, gəmidə olan sərnişinlərdə ürəkbulanma, qusma və ishal əlamətləri müşahidə edildikdən sonra səhiyyə əməkdaşları hadisəyə müdaxilə edib.
İlkin araşdırmalar zamanı yoluxma hallarının norovirusla bağlı ola biləcəyi bildirilib. Dəqiq səbəbin müəyyənləşdirilməsi üçün laborator analizlərin davam etdiyi qeyd olunub.
Hadisə nəticəsində norovirusa yoluxduğu ehtimal edilən bir sərnişinin həyatını itirdiyi açıqlanıb.
25












