Göyçayda 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Göyçayda 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

First News Media09:39 - Bu gün
Göyçayda 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı alınıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a bildirilib ki, tədbirlərlə 22 yaşlı Hüseyn Əliyev və həmyaşıdı Telman Mehdiyev saxlanılıblar. Onlardan 8 kiloqramdan artıq marixuana və 1 kiloqrama yaxın tiryək aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər