DİN son sutkanın kriminal statistikasını açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN son sutkanın kriminal statistikasını açıqladı

1news Redaksiyası10:18 - 17 / 07 / 2026
DİN son sutkanın kriminal statistikasını açıqladı

İyulun 16-da ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 33 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 70, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

Paylaş:
214

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər