Ermənistanda seçkilərdə iştirak 48,92 faizə çatıb | 1news.az | Xəbərlər
Dünya

Ermənistanda seçkilərdə iştirak 48,92 faizə çatıb

First News Media19:07 - Bu gün
Ermənistanda seçkilərdə iştirak 48,92 faizə çatıb
Saat 17:00-a olan məlumata görə, Ermənistanda parlament seçkilərində seçici fəallığı 48,92% təşkil edib. 1news.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının üzvü Jirayr Karapetyan məlumat verib. Bildirilib ki, seçkilərdə iştirak hüququ olan 2 milyon 503 min 976 vətəndaşdan 1 milyon 224 min 957 nəfər artıq səs verib. Paytaxt İrəvanda seçici fəallığı 48,52% (412 168 nəfər) olub. Regionlar üzrə göstəricilər isə belədir: Araqaçotn – 51,13%; Ararat – 48,43%; Armavir – 44,8%; Geğarkunik – 46,86%; Lori – 49,77%; Kotayk – 51,01%; Şirak – 46,23%; Sünik – 55,36%; Vayots Dzor – 54,15%; Tavuş – 53,27%. Qeyd edək ki, 2021-ci ilin iyununda keçirilən əvvəlki parlament seçkilərində saat 17:00-a olan seçici fəallığı 38,17% təşkil etmişdi.
Paylaş:
87

Son xəbərlər

Karapetyan səs verib

Bu gün, 12:39
Bütün xəbərlər