Simonyan: Müxalifətlə bağlı hüquq-mühafizə orqanları sərt tədbirlər görəcək | 1news.az | Xəbərlər
Dünya

Simonyan: Müxalifətlə bağlı hüquq-mühafizə orqanları sərt tədbirlər görəcək

19:57 - Bu gün
Simonyan: Müxalifətlə bağlı hüquq-mühafizə orqanları sərt tədbirlər görəcək
“Müxalifət seçkilərdən sonra hər hansı siyasi gərginlik və ya etiraz aksiyaları təşkil edə bilməyəcək”. 1news.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib. “Seçkilərdən sonra siyasi gərginlik və ya etiraz aksiyaları olmayacaq. Müxalifətin kifayət qədər ictimai dəstəyi yoxdur və onlar artıq məğlubiyyətlərini dərk edirlər”, – deyə o jurnalistlərə açıqlamasında bildirib. Simonyanın sözlərinə görə, müxalifət seçicilərə malik olmadığından pul paylamağa məcbur olur: “Onlar bilirlər ki, seçiciləri yoxdur, buna görə də pul paylamağa məcburdurlar. Lakin mən əminəm ki, artıq başa düşüblər ki, ciddi məğlubiyyətə uğrayacaqlar və siyasətlə məşğul olmağı dayandıra bilərlər. Bir neçə il əvvəl biz hakimiyyətin pul paylamasına qarşı mübarizə aparırdıq, indi isə müxalifətin belə halları ilə mübarizə aparırıq”, – o qeyd edib. O, həmçinin seçicilərə rüşvət verilməsi ilə bağlı iddialara münasibət bildirərək hüquq-mühafizə orqanlarının sərt tədbirlər görəcəyini deyib. Simonyan əlavə edib ki, seçkidən sonra hər hansı etiraz ssenarisi mümkün deyil: “Əgər seçkilər 2018-ci ildən bu yana olduğu kimi azad və ədalətli keçirilirsə, nəticəsindən asılı olmayaraq belə hallar baş verə bilməz. Müxalifət artıq mümkün nəticəni anlayır, lakin yenə də seçkidən sonrakı inkişaflardan danışır”, – deyə o bildirib. Milli Məclis sədri müxalifətin kütləvi mitinq keçirmək imkanını da şübhə altına alıb və qeyd edib ki, ayrı-ayrı siyasi qüvvələr birləşsələr belə, ciddi ictimai dəstək toplaya bilməzlər.
Paylaş:
93

Son xəbərlər

Karapetyan səs verib

Bu gün, 12:39
Bütün xəbərlər