Tramp: İranla razılaşmaya çox yaxınıq | 1news.az | Xəbərlər
Dünya

Tramp: İranla razılaşmaya çox yaxınıq

Oksana Orucova10:06 - Bu gün
Tramp: İranla razılaşmaya çox yaxınıq

ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqların gedişinə dair son vəziyyəti açıqlayıb. O bildirib ki, tərəflər mümkün razılaşmaya çox yaxındır.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp NBC News-a verdiyi müsahibədə deyib ki, saziş tam yekunlaşana qədər İranın dondurulmuş aktivləri azad edilməyəcək.

ABŞ lideri qeyd edib ki, Livanın İranla yaxın müddətdə əldə oluna biləcək hər hansı razılaşmanın bir hissəsi olması ilə bağlı tələb irəli sürməyib.

Tramp həmçinin İran ordusunun hərbi imkanlarının ciddi şəkildə zəiflədiyini iddia edərək bildirib ki, ölkənin müharibədən əvvəlki raket ehtiyatlarının cəmi 21-22 faizi qalıb.

ABŞ Prezidenti razılaşma əldə olunmayacağı təqdirdə Vaşinqtonun İranın zənginləşdirilmiş uran ehtiyatlarını “hərbi yolla və çox sərt şəkildə” məhv edəcəyini söyləyib. O əlavə edib ki, tərəflər razılığa gəlsələr, “heç kim ABŞ-yə atəş açmayacaq”.

Tramp İranın ali dini rəhbərinin oğlu Müctəba Xamenei ilə bağlı da açıqlama verərək onun harada olduğunu bildiyini ehtimal etdiyini və ağır yaralı ola biləcəyini iddia edib.

ABŞ Prezidenti İranın mümkün sazişi pozmasının qarşısını almaq üçün müqaviləyə əlavə müddəa daxil etmək istədiyini də vurğulayıb. Onun sözlərinə görə, tətbiq olunan blokada səbəbindən İran gündəlik 400-500 milyon dollar həcmində iqtisadi itki ilə üzləşir.

Tramp bildirib ki, İran tərəfi müəyyən şərtləri qəbul etməyə məcbur olacaq, baxmayaraq ki, əvvəllər belə addımlar atacağını gözləmirdi.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər