Sabunçuda evdən oğurluq edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçuda evdən oğurluq edən şəxs saxlanılıb

16:32 - Bu gün
Sabunçuda evdən oğurluq edən şəxs saxlanılıb

Sabunçu rayonu ərazisində yerləşən evlərin birindən 1200 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı R.Babayev müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs gecə saatlarında evdə heç kimin olmamasından istifadə edərək oğurluq əməlini törədib.

Araşdırmalar davam etdirilir.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər