“BakıKart”ın qiyməti 11 ildə ilk dəfə artırılır
İyulun 1-dən "BakıKart" kartlarının satış qiyməti 2 manatdan 3 manata dəyişəcək.
Bu barədə 1news.az -a "BakıKart"dan məlumat verilib.
Bildirilib ki, "BakıKart" kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və bu müddət ərzində kartın satış qiymətində dəyişiklik edilməyib:
"Kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb.
Bu dövr ərzində sərnişinlər üçün NFC, QR və bank kartları ilə ödəniş imkanları istifadəyə verilib, rəqəmsal xidmətlər daha da genişləndirilib.
Dəyişiklik yalnız yeni əldə edilən "BakıKart" kartlarının satış qiymətinə aiddir.
Gediş haqlarında dəyişiklik yoxdur. Kart balanslarında dəyişiklik yoxdur".












