DÇ 2026: ABŞ millisi Paraqvay üzərində 4 qolluq qələbə qazandı
Futbol üzrə dünya çempionatında ABŞ millisi Paraqvay yığmasını məğlub edib.
1news.az xəbər verir ki, Los-Ancelesdə keçirilən D qrupunun oyununda meydan sahibləri 4:1 hesablı qələbə qazanıblar. ABŞ millisinin qollarını Damyan Bobadilya (7-ci dəqiqə, avtoqol), Folarin Baloqan (31 və 45+5-ci dəqiqələr) və Covanni Reyna (90+8-ci dəqiqə) vurublar. Paraqvay yığmasının yeganə qoluna isə Maurisio 73-cü dəqiqədə imza atıb.
Qeyd edək ki, D qrupunun digər qarşılaşması iyunun 14-də, saat 08:00-da Avstraliya və Türkiyə milliləri arasında keçiriləcək.




121











