Nazir: Forum çərçivəsində ümumi dəyəri 4,7 milyard ABŞ dollardan çox müqavilə və anlaşma memorandumunun imzalanacağı gözlənilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazir: Forum çərçivəsində ümumi dəyəri 4,7 milyard ABŞ dollardan çox müqavilə və anlaşma memorandumunun imzalanacağı gözlənilir

Qafar Ağayev10:42 - Bu gün
Nazir: Forum çərçivəsində ümumi dəyəri 4,7 milyard ABŞ dollardan çox müqavilə və anlaşma memorandumunun imzalanacağı gözlənilir

“Davamlı rifah daha güclü qarşılıqlı əlaqələr, daha dərin ticarət və investisiya bağları, habelə hökumətlər, inkişaf institutları, özəl sektor və eyni məqsədi paylaşan maraqlı tərəflər arasında sıx əməkdaşlıq tələb edir”.

1news.az xəbər verir ki, bunu Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş IsDB Qrupunun Özəl Sektor Forumunda Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O, bildirib ki, əvvəlki forumun uğuru, ümumi dəyəri 3,6 milyard ABŞ dollarından çox olan müqavilələrin imzalanması ilə bu platformanın potensialını aydın şəkildə nümayiş etdirib.

“Buillik illik iclaslara hazırlıqlara başladığımız andan etibarən birgə komanda şəklində elə bir Özəl Sektor Forumu ərsəyə gətirmək üçün çalışdıq ki, bu forum yalnız müqavilələrin həcmi baxımından deyil, həm də yaradacağı təsir nöqteyi-nəzərindən yüksək meyarlarla seçilsin”.

Nazir deyib ki, artıq rekord sayda iştirakçının qeydə alınması tədbirə olan marağın və aktuallığın göstəricisidir.

“Forum çərçivəsində ümumi dəyəri 4,7 milyard ABŞ dollarını ötən, o cümlədən anlaşma memorandumları da daxil olmaqla 32-dən çox müqavilənin imzalanması gözlənilir”.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər