Məşhur aparıcı xərçəngə yoluxdu | 1news.az | Xəbərlər
Dünya

Məşhur aparıcı xərçəngə yoluxdu

First News Media13:55 - Bu gün
Məşhur aparıcı xərçəngə yoluxdu

“Top Gear”ın əfsanəvi aparıcısı Jeremy Clarkson prostat xərçənginə tutulduğunu bildirib.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə “Clarkson's Farm” serialının yeni bölümlərində danışıb.

66 yaşlı aparıcı xərçəngin aqressiv növü olduğunu, lakin xəstəliyin erkən mərhələdə aşkarlandığını deyib. Klarksona əməliyyat olunaraq prostat vəzinin bir hissəsi götürülüb.

Erkən diaqnostikanın əhəmiyyətini vurğulayan aparıcı, bunun sayəsində gələcəyə ümidlə baxdığını bildirib. O, həmçinin serialın yeni bölümlərinin emosional və izləməsi çətin olduğunu qeyd edib.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər