Filippində güclü zəlzələ nəticəsində ölənlərin sayı 78-ə çatdı | 1news.az | Xəbərlər
Dünya

Filippində güclü zəlzələ nəticəsində ölənlərin sayı 78-ə çatdı

Oksana Orucova15:54 - Bu gün
Filippində güclü zəlzələ nəticəsində ölənlərin sayı 78-ə çatdı

Filippinin cənubundakı Mindanao bölgəsində iyunun 8-də baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 78 nəfərə yüksəlib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət zamanı 1339 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 30 nəfərin taleyi isə hələ də naməlum olaraq qalır.

Rəsmilər bildiriblər ki, zəlzələdən ümumilikdə təxminən 1,5 milyon nəfər zərər çəkib.

ABŞ Geoloji Xidməti (USGS) iyunun 8-də qeydə alınan yeraltı təkanların 7,8 bal gücündə olduğunu və zəlzələnin 55,2 kilometr dərinlikdə baş verdiyini açıqlamışdı.

Qeyd edək ki, Filippin “Sakit Okean Od Halqası” adlandırılan aktiv seysmik və vulkanik zonada yerləşdiyindən ölkədə güclü zəlzələlər tez-tez baş verir.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər