Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib

First News Media17:12 - Bu gün
Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 10 iyun 2026-cı il tarixli qərarı ilə "Multi Solutions" və "Cibpay" MMC-lərin ödəniş təşkilatı lisenziyaları ləğv edilərək onlara elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyalar verilib.

1news.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu qərar "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanuna əsasən qəbul olunub.

Beləliklə, ölkədə ödəniş təşkilatlarının sayı 9-dan 7-yə düşüb, əvəzində elektron pul təşkilatlarının sayı 13-dən 15-ə qalxıb.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər