Azərbaycan nefti 7 dollardan çox ucuzlaşdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan nefti 7 dollardan çox ucuzlaşdı

Qafar Ağayev09:47 - 28 / 07 / 2026
Azərbaycan nefti 7 dollardan çox ucuzlaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 7.15 dollar və ya 6,96% azalaraq 95.58 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 102.73 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Paylaş:
227

Son xəbərlər

Azərbaycan nefti bahalaşıb

22 / 08 / 2026, 13:41
Bütün xəbərlər