ABŞ və İran bu gün danışıqlar masasına oturmayacaq
ABŞ və İran nümayəndələri arasında bu gün keçirilməsi gözlənilən görüş baş tutmayacaq.
1news.az xarici mediaya istinadən xəbər verir ki, İsveçrə Xarici İşlər Nazirliyi tərəflər arasında bu gün üçün nəzərdə tutulan hər hansı görüşün keçirilməyəcəyini bildirib.
Bununla da ABŞ və İran arasında gözlənilən təmasların ən azı bu gün reallaşmayacağı rəsmən təsdiqlənib.
Görüşün niyə ləğv edildiyi və ya təxirə salındığı barədə hələlik əlavə məlumat verilməyib. Tərəflərdən də məsələ ilə bağlı rəsmi açıqlama gəlməyib.
84











