Saxta içkilər və sənədsiz toyuq məhsulları satışdan çıxarıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Saxta içkilər və sənədsiz toyuq məhsulları satışdan çıxarıldı

First News Media16:01 - Bu gün
Saxta içkilər və sənədsiz toyuq məhsulları satışdan çıxarıldı

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Lənkəran rayonunun Qurunba kəndində fiziki şəxs Əkbərov Zakir Ağaşirin oğluna məxsus mağazada yoxlama keçirib.

1news.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, satış obyektində müxtəlif əmtəə nişanlı saxta alkoqollu içkilər, eləcə də mənşəyini və təhlükəsizliyini təsdiq edən müvafiq müşayiətedici sənədləri olmayan toyuq məhsulları aşkarlanıb.

Aşkar edilmiş məhsullar Agentliyin əməkdaşları tərəfindən satışdan kənarlaşdırılıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, məhsullardan nümunələr götürülərək laborator müayinələrə göndərilib.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər