Venesuelada güclü zəlzələlər: 32 nəfər ölüb, yüzlərlə yaralı var | 1news.az | Xəbərlər
Dünya

Venesuelada güclü zəlzələlər: 32 nəfər ölüb, yüzlərlə yaralı var

Qafar Ağayev09:44 - Bu gün
Venesuelada güclü zəlzələlər: 32 nəfər ölüb, yüzlərlə yaralı var

Venesuelada ardıcıl baş verən iki güclü zəlzələ paytaxt Karakasda ciddi dağıntılara səbəb olub.

1news.az xəbər verir ki, çərşənbə günü Venesuelada 40 saniyə fasilə ilə 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ qeydə alınıb.

İlkin məlumata görə, təbii fəlakət nəticəsində azı 32 nəfər həlak olub, 700 nəfər yaralanıb. Yüzlərlə insanın itkin düşdüyü bildirilir.

Paytaxt Karakasda bir sıra binalar dağılıb, çoxsaylı tikililər ciddi ziyan görüb. Hadisədən sonra ölkənin müvəqqəti prezidenti Delsi Rodriqes bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib.

Rodriqes bildirib ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına əsasən, zəlzələlərin baş verdiyi bölgədə indiyədək ən azı 20 afterşok qeydə alınıb.

Təhlükəsizlik məqsədilə beynəlxalq hava limanının fəaliyyəti dayandırılıb.

ABŞ Prezidenti Donald Tramp isə Venesuelaya yardım göstərməyə hazır olduqlarını açıqlayıb.

Paylaş:
88

Son xəbərlər

Bütün xəbərlər