Yasamalda binalardan elektrik naqillərini oğurlayan şəxslər saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda binalardan elektrik naqillərini oğurlayan şəxslər saxlanıldı

First News Media17:50 - Bu gün
Yasamalda binalardan elektrik naqillərini oğurlayan şəxslər saxlanıldı

Bakının Yasamal rayonu ərazisində yerləşən bir neçə binadan elektrik naqilləri oğurlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı N.Bayramov və 35 yaşlı R.Xancanov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı bu şəxslərin taladıqları elektrik naqillərini əlvan metal qəbulu məntəqələrinə satdıqları məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər