Banqladeşdə qızılca epidemiyası ağırlaşır: Ölən uşaqların sayı 712-yə çatdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Banqladeşdə qızılca epidemiyası ağırlaşır: Ölən uşaqların sayı 712-yə çatdı

First News Media10:48 - Bu gün
Banqladeşdə qızılca epidemiyası ağırlaşır: Ölən uşaqların sayı 712-yə çatdı

Banqladeşdə davam edən qızılca epidemiyası nəzarətdən çıxmaq üzrədir.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Banqladeş Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Səhiyyə Xidmətləri Baş İdarəsinin (DGHS) yaydığı məlumata görə, ölkə üzrə son sutkada qızılca şübhəsi ilə daha 941 yeni yoluxma halı qeydə alınıb. Beləliklə, şübhəli yoluxma hallarının ümumi sayı 99 min 207-yə çatıb.

Son 24 saat ərzində daha 4 uşaq həyatını itirib və bununla da epidemiya nəticəsində ölən uşaqların sayı 712-yə yüksəlib.

Məlumata əsasən, aprelin 10-dan bu yana qızılca şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin sayı 82 min 844 olub. Onlardan 79 min 152 nəfər müalicədən sonra evə buraxılıb.

Xatırladaq ki, Banqladeş hökuməti aprelin 7-də qızılca şübhəsi ilə çoxsaylı uşaq ölümündən sonra ölkə üzrə təcili peyvənd kampaniyasına start verib.

Qeyd edək ki, pnevmoniya və ensefalopatiya kimi ağır fəsadlara səbəb ola bilən qızılca dünyada peyvənd vasitəsilə qarşısı alına bilən ölüm hallarının əsas səbəblərindən biri hesab olunur.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər