Ağcabədidə faciə: 24 yaşlı oğlanı elektrik cərəyanı vurdu | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə faciə: 24 yaşlı oğlanı elektrik cərəyanı vurdu

First News Media14:50 - Bu gün
Ağcabədidə faciə: 24 yaşlı oğlanı elektrik cərəyanı vurdu

Ağcabədidə 24 yaşlı oğlan elektrik cərəyanı vurması nəticəsində ölüb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə keçmiş məcburi köçkünlər üçün salınmış 556 saylı qəsəbədə qeydə alınıb.

Belə ki, rayonun 2002-ci il təvəllüdlü Aşağı Avşar kənd sakini Vəli Əli oğlu Süleymanov qəsəbədə elektrik işləri apararkən onu elektrik cərəyanı vurub. Nəticədə V.Süleymanov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər