Bakının iki rayonunda işıqlar sönəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının iki rayonunda işıqlar sönəcək

First News Media08:51 - Bu gün
Bakının iki rayonunda işıqlar sönəcək

Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində bu gün elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə 1news.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Həsən bəy Zərdabi propekti, Əsəd Əhmədov, Abbas Mirzə Şərifzadə küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən TM-lərdə icra olunacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Nizami Abdullayev küçəsini əhatə edəcək.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.

Paylaş:
110

Son xəbərlər

ADY yay qrafikinə keçir

29 / 06 / 2026, 17:10
Bütün xəbərlər