“Techno Rooms YOLO Beach Club”da üç günlük musiqi həftəsonu keçirəcək - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Techno Rooms YOLO Beach Club”da üç günlük musiqi həftəsonu keçirəcək - FOTO - VİDEO

First News Media20:00 - Bu gün
“Techno Rooms YOLO Beach Club”da üç günlük musiqi həftəsonu keçirəcək - FOTO - VİDEO

Xəzər dənizi sahilində yay yenidən elektron musiqi səhnəsinin əsas cazibə nöqtəsinə çevrilir.

10–12 iyul tarixlərində YOLO Beach Club-da yeni mövsümün ilk belə miqyaslı musiqi həftəsonu və beynəlxalq elektron səhnəsinin ulduzlarının iştirak etdiyi ən böyük qastrol layihələrindən biri baş tutacaq. Proqramın mərkəzində UFO konseptual gecələrinin və “Eleven” by Peredel seriyasının müəllifi və ideoloqu, Burning Man, Untold və Caprices festivallarının iştirakçısı, FOMO Baku rezidenti və Diynamic leyblinin artisti olan tamaşaçıların sevimlisi Peredel dayanır.

Əsas iştirakçılar sırasında elektron səhnənin yeni nəslinin ən parlaq və tələb olunan simalarından sayılan G-POL və Jeam Biscuit də yer alır. G-POL Experts Only, Insomniac, Zamna, Trace Amounts və Hexagon leyblərində çıxan relizləri ilə tanınan multijanrlı DJ və prodüserdir. “Partilərin kralı” kimi tanınan və “Mescal” hitinin müəllifi olan Jeam Biscuit ilə birlikdə onlar mütəmadi olaraq birgə çıxış edir və son illərin ən tanınmış rəqs relizlərindən birinə çevrilmiş “Mallorca” treki sayəsində geniş populyarlıq qazanıblar. Laynapda həmçinin müasir elektron musiqisinin gənc istedadları da yer alır.

YOLO Beach Club-da keçiriləcək üç günlük musiqi həftəsonunun 2026-cı ilin yayında Azərbaycanda elektron musiqi səhnəsinin ən diqqətçəkən hadisələrindən birinə çevrilməsi gözlənilir.

Biletlər FOMO Baku-nun rəsmi internet səhifəsində mövcuddur: www.fomobaku.com

Paylaş:
108

Son xəbərlər

Bütün xəbərlər