İranda Əli Xamenei ilə vida mərasimi keçirilir
Bu gün İranda fevralın 28-də ABŞ və İsrailin aviazərbələri nəticəsində həlak olan ölkənin sabiq ali lideri Əli Xamenei ilə vida mərasimi keçirilir.
1news.az report-a istinadən xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Qeyd olunub ki, vida mərasimində xarici dövlətlərin rəhbərləri və nümayəndələri iştirak edirlər. Mərasimə Azərbaycandan olan nümayəndə heyəti də qatılıb.
Daha əvvəl İran tərəfi məlumat vermişdi ki, vida mərasimində 30-dan çox ölkənin nümayəndə heyəti iştirak edəcək.
58












