Qəbələnin məşhur Jan-Klod Van Damm heykəli əvvəlki yerinə qaytarıldı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələnin məşhur Jan-Klod Van Damm heykəli əvvəlki yerinə qaytarıldı - VİDEO

First News Media09:35 - Bu gün
Qəbələnin məşhur Jan-Klod Van Damm heykəli əvvəlki yerinə qaytarıldı - VİDEO

Qəbələnin ən məşhur turizm məkanlarından birinə çevrilmiş Jan-Klod Van Dammın heykəli yenidən əvvəlki yerində quraşdırılıb.

1news.az xəbər verir ki, məşhur döyüş filmləri aktyorunun özünəməxsus uzununa şpaqat hərəkətini əks etdirən heykəl bir müddət əvvəl müvəqqəti olaraq yerindən götürülmüşdü.

Heykəlin yenidən əvvəlki yerinə qaytarılması turistlər və aktyorun çoxsaylı pərəstişkarları tərəfindən böyük maraqla qarşılanıb. Qəbələyə gələn ziyarətçilər məşhur fiqurla xatirə şəkli çəkdirmək üçün bu məkanı tez-tez ziyarət edirlər.

Hazırda heykəl tam bərpa olunaraq əvvəlki yerində ziyarətçilərin istifadəsinə verilib və hər kəs üçün əlçatandır.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by 1news.aze (@1news.aze)

Paylaş:
101

Son xəbərlər

Bütün xəbərlər