Venesuelada zəlzələ qurbanlarının sayı 3 342 nəfərə çatıb
Venesuelada iyunun 24-də baş verən iki güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 3 342 nəfərə yüksəlib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, Venesuela Milli Assambleyasının sədri Xorxe Rodrigesin verdiyi məlumata görə, təbii fəlakət nəticəsində 16 740 nəfər yaralanıb, 6 462 nəfər dağıntılar altından xilas edilib, 17 345 nəfər isə evsiz qalıb.
Hazırda ölkədə 79 müvəqqəti sığınacaq fəaliyyət göstərir. İndiyədək 86 794 ailəyə humanitar yardım, o cümlədən 9 585 ton ərzaq və 669 min litrdən çox içməli su çatdırılıb.
Axtarış-xilasetmə işləri davam edir. Rəsmilər ölən və yaralananların sayının arta biləcəyini istisna etmirlər.
64












