Ronaldo: “Ümid edirəm ki, daha 40 il yaşayaram”
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo 2026-cı il Dünya Çempionatının 1/8 finalında İspaniyaya qarşı keçirəcəkləri oyun öncəsi açıqlama verib.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, 41 yaşlı futbolçu komandasının oyuna hazır olduğunu bildirib və bu mundialın karyerasındakı son Dünya Çempionatı olacağını təsdiqləyib.
Ronaldo Dünya Çempionatını qazanmağın onun üçün hər şey olmadığını vurğulayaraq bildirib:
“Qazansam da, qazanmasam da eyni Kriştiano olaraq qalacağam. Ümid edirəm ki, daha 40 il yaşayaram və həyatdan zövq almağa davam edərəm”.
75












