DİN: İki gün ərzində 81 cinayətin üstü açılıb
iyulun 4-də və 5-də ölkə ərazisində qeydə alınan 65, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, axtarışda olan ümumilikdə 42 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Hesabat dövründə narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 4 fakt müəyyən edilib.
Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb.
70












