Şahiddən “Arzum 9999” işi ilə bağlı yeni açıqlamalar - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şahiddən “Arzum 9999” işi ilə bağlı yeni açıqlamalar - VİDEO

First News Media11:25 - Bu gün
Şahiddən “Arzum 9999” işi ilə bağlı yeni açıqlamalar - VİDEO

ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataş ötən il Bakının Mərdəkan qəsəbəsində baş vermiş ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni videogörüntülər yayımlayıb.

1news.az xəbər verir ki, videoda hadisənin şahidi olduğunu bildirən fəhlə Nurlan Hüseynov qəza zamanı avtomobili idarə edən və "Arzum 9999" kimi tanınan tiktoker İlduzə Hacıyevanın hadisə yerini tərk etmədiyini deyib.

Onun sözlərinə görə, İ.Hacıyeva qəzadan sonra təxminən 20-25 dəqiqə hadisə yerində qalıb və təcili tibbi yardım xidmətinə də məhz onun telefonundan məlumat verilib.

N.Hüseynov bildirib ki, sonradan İ.Hacıyevanın halı pisləşdiyi üçün o, xəstəxanaya aparılıb. Şahid, həmçinin qəzada həyatını itirən Amal Məlikovun avtomobili yüksək sürətlə idarə etdiyini iddia edib.

O qeyd edib ki, İ.Hacıyevanın cinayət işi üzrə keçirilən məhkəmə prosesində şahid qismində iştirak edib və qəzanın gözləri qarşısında necə baş verdiyini məhkəmədə ətraflı danışıb. N.Hüseynovun sözlərinə görə, həmin hadisənin təsirindən hələ də çıxa bilməyib.

Qeyd edək ki, ötən həftə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi iş üzrə qəbul edilən hökmün hüquqi əsaslarını və qərarın motivlərini əks etdirən ətraflı açıqlama yayıb. Açıqlamada bildirilib ki, istintaq zamanı sürücünün Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" Qanununun tələblərini kobud şəkildə pozduğu müəyyən edilib.

Məhkəmənin açıqlamasında göstərilən pozuntulardan biri qanunun 37-ci maddəsinin 4-cü hissəsi ilə bağlıdır. Həmin maddəyə əsasən, sürücü yol-nəqliyyat hadisəsi baş verdikdə bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verməli, hadisə şahidlərinin ad və ünvanlarını qeydə almalı, həmçinin polis əməkdaşları gələnədək hadisə yerində gözləməlidir.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Ganira Atash (@ganira.atash)

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Ganira Atash (@ganira.atash)

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər