Azərbaycana qanunsuz yolla xeyli miqdarda dərman və test gətirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycana qanunsuz yolla xeyli miqdarda dərman və test gətirilməsinin qarşısı alınıb

Qafar Ağayev17:51 - Bu gün
Azərbaycana qanunsuz yolla xeyli miqdarda dərman və test gətirilməsinin qarşısı alınıb

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarəti tədbirləri nəticəsində 2 fakt üzrə gömrük orqanına bəyan edilməyən tibbi ləvazimatların və dərman preparatlarının gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Bu barədə 1news.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, idarənin “Qırmızı Körpü” gömrük postunun idxal nəzarət xəttində stasionar rentgen qurğusu da tətbiq edilməklə aparılan gömrük yoxlamaları zamanı nəqliyyat vasitəsinin yük yerində gömrük orqanına bəyan edilməyən qan şəkərinin ölçülməsində istifadə olunan 10 750 ədəd test aşkar olunub.

Daha bir nəqliyyat vasitəsində isə gömrük orqanına bəyan edilməyən 55 ədəd üzərində “Zoladex 3.6 mg” yazısı olan dərman vasitəsi aşkar edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər