Bakı-Tbilisi-Ərzurum kəməri ilə 7 ayda 13 milyard kubmetrdən çox qaz nəql edilib | 1news.az | Xəbərlər
Siyasət

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 7 ayda 13 milyard kubmetrdən çox qaz nəql edilib

First News Media15:56 - Bu gün
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 7 ayda 13 milyard kubmetrdən çox qaz nəql edilib

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 23 milyard 989,9 milyon kubmetr qaz nəql edilib.

1news.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin 7 ayı ilə müqayisədə 2,4 % çoxdur.

Hesabat dövrünə qazın nəqlinin 55,8 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 13 milyard 385,1 milyon kubmetr qaz ötürülüb. Bu, illik müqayisədə 1,3 % çoxdur.

Cənubi Qafqaz Boru Kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

Paylaş:
49

Son xəbərlər

Bütün xəbərlər