Ferrari-nin ilk elektrikli avtomobili 40 milyon dollara satıldı | 1news.az | Xəbərlər
Dünya

Ferrari-nin ilk elektrikli avtomobili 40 milyon dollara satıldı

Oksana Orucova17:52 - Bu gün
Ferrari-nin ilk elektrikli avtomobili 40 milyon dollara satıldı

Ferrari-nin ilk elektrikli avtomobili 40 milyon dollara satıldı

1news.az xarici mediaya istinadən xəbər verir ki, Ferrari-nin Apple-ın əfsanəvi dizayneri Coni İv ilə əməkdaşlıq çərçivəsində hazırladığı tam elektrikli ilk modeli "Luce"nin xüsusi versiyası hərracda 40 milyon dollara satılıb.

May ayında ilk dəfə təqdim olunan "Luce"nin xüsusi versiyası Kaliforniyada keçirilən "Monterey Avtomobil Həftəsi" çərçivəsində satışa çıxarılıb. Avtomobili adı açıqlanmayan kolleksiyaçı əldə edib.

Məlumata görə, hərraca çıxarılan avtomobil Ferrari-nin öz fondu üçün xüsusi olaraq istehsal etdiyi versiya olub. Modelin standart versiyalarının qiyməti isə 550 min avrodan başlayır.

Ferrari bu il "Luce" modelindən 500 ədəd satmağı hədəfləyir. Xüsusi hərrac versiyasının 40 milyon dollarlıq satış qiyməti isə avtomobilin standart başlanğıc qiymətindən dəfələrlə yüksəkdir.
 

Paylaş:
52

Son xəbərlər

Bütün xəbərlər